A1

вторник, 8 октября 2013 г.

Sabah seçkidir...


               Sabah seçkilərdir...  bu haqqında ilk və son dəfə yazacam..bu barədə çox danışmaq olar lakin mən sırf sadəcə öz fikirlərimi deyəcəm..və bu səbəbdən sözlərimə "məncə" ilə başlayıram.
 
     
İlk öncə deyimki bizim donqili "demokratlarımız" məni ittiham etməsin,onlara inanmıram çoxu sadəcə müftəxor yığınıdır.

     Bu seçki kampaniyası ta başdan mənə gülməli gəldi..indi prezident və xalqın böyük hissəsinin dəstəklədəyi İlham Əliyevə opponet olmaq istəyənlər hər şey bir qırağa sadəcə liderlik xüsusiyyəti olmadan bu marofona nəyə güvənib qoşulublar.Hələ Rüstəmbəyov komediyası uzunmüddət çayxanalara gülmək üçün mövzu olacaq.Bu kişi özlərini "müxalifət" adlandıran bir kəsim insanlara əməlli başlı məzələndi.Elə hey "gəleyyyrəm" deyə-deyə qaldı.Sonra ikili vətəndaşlıq və digər maraqlı məqamlar çıxdı.Nəisə yəqin gələcəkdə "Rüstəmbəyov hadisə" daha dərində öyrəniləcək.Keçək dünyanı özlərinə güldürən "ehtiyyat namizəd"-ə.Biz elə bilirdik yalnız iqtidarımızın gördüyün işlərin anoloqu yoxdur,bizim elə bu müxalifətində anoloqu yoxdur.Bizimkilər siyasi tarix elminə "ehtiyyat namizəd" deyə bir fraza saldılar.
       "Ehtiyyat namizəd"- Cəmil Həsənli..hansı bizim özlərini "demokrat" adlandıranlar tanrılaşdırıb.Yeri gəlmişkən mən bu aylarda ən çox bir məsələdə iyrəndim.Rüstəmbəyova deyilən "bəy tərifi" Cəmilə də deyil,hələ daha artıq.Burada adamın beyninə bir sual gəlir -"Ayə donqili,bu Cəmil belə əla idi onda niyə Rüstəmbəyovu namizəd göstərirdin?".Bilirsinizmi necədir,bu kimi digər şeylər nə bilim 1500 nəfərlik bir mitinqdə(hansıki adam azlığında "mitinq" sözünün yanına qondarma "görüş" də əlavə etdilər) 12000 deyil.Adamların gözünün içinə baxaraq yalan danışırlar.Sonra deyirlər hökümət xalqı təhqir etdi.Görünür insanların aldadaraq kim təhqir edir.Məncə bunlar heç xalq maraqlandırmir,sadəcə xarici investor (bu qrant deyil sirf biznesdir.Azərbaycan hökümətinə təzyiq məqsədilə.Ona görə hər şeyi adı ilə deyək.) üçün oynayırlar.Elə bu səbəbdən seçki əsas dövrü xaricdə "dilənməklə" məşğul idilər.
               Debatlar oldu və insanlarda yaranan təəsürat.."Ayə İlham hara bunlar hara.."..Bəziləri öz platformasını açıqlamadı amma dövlətçiliyi sevdiklərinə görə MŞ-nın haqqında gerçəkləri dedilər.Hələ Sərdar ən gözəl çıxışlardan birini etdi,bunları "qisasçı" və "ambisiyalı" adlandırdı.Guya bunların tərafdarı olan Rəsul Quliyev bunları "multfilm" adlandırdı..və digər  maraqlı, bir o qədər gülməli hadisələr oldu.
         Mən əvvəllər elə bilirdim bu özünü müxalifət adlandıran gənclər saflıqlarında aldanıblar,lakin Əli Kərimlinin "8 milyonluq əməliyyat" mənim onların artıq məqsədli hər şeyi görməməzliyə gəldikləri qənaətimə gətirdi.Əlbəttə ki,yenə saflıqdan o tərəfdə olanlar var və inanıran bir gün onlarda peşman olacaq.Mən isə səmimi qəlbdən o gənclərin hamısı üçün təəsüf hissi keçirirəm.

             Daha çox və daha artıq yaza bilərdim lakin ən gözəl cavabı xalqımız sabah verəcək..


Hamınızı sevən Nağı

08.10.2013

понедельник, 29 июля 2013 г.

Ay alan, Məmləkəti-Rey satıram!



Ay alan, Məmləkəti-Rey satıram!
Çox ironik vəziyyət alındı.Mən bunu yazmağa başlayanda elə KİV-də İbrahimbəyovun gəlişinin (ümumiyyətlə gəlsə) bir daha təxirə salındığı yayıldı..Mən də onun gəlməyəcəyi haqqında yazacaqdım..nəysə qoymadılar həvəslə yazacaqdım..Yaxşı ümumiyyətlə onun ölkəyə yaxın gələcəkdə qayıdacağı nə qədər realdır?
Bu özlərini Milli adı qoymuş qondarma şura bəzi insanların dəstək verir deyirlər...İndi icazənizlə onları qruplaşdıraq.

1) Açıq-aşkar dövləti və onun atributları təhqir edən (bayraq hadisəi yadınıza salın !), xalqın milli dəyərələri alçaldan bir-neçə, hətta barmaqla sayılacaq insançıqlar..olar insanları,xüsusilə də gəncləri müxtəlif yalanları ilə aldadıb onları hamıya,hər şeyə qarşı çıxmağa səsləyənlər.

2)Yuxarıda qeyd etdiyimiz "insançıqların" tilovuna düşmüş gənclik,bu gəncliyə həmçin "qız tutmaq" üçün ictimai sektora gəlmiş bir çox insan daxildir ;)

3)20 ildir sadəcə "şüvənliklə" məşğul olan,icrata isə gəldik də heç bir mismar belə vurmayan bizim "klassik" müxalifətimiz..Hamı bildiyi kimi bunlara diskusiyaya başladığın 2ci dəqiqəsi artıq jargonlara keçirlər..Bunların hələdə damaqlarında iqtidar olduqları dövr qalıb.

4) Keçən əsrin sonlarında xaricə viza almaq üçün yalandan "siyasi  təziqlərə" məruz qaldığı deyən,xaricdə biznes qurub ölkəyə qayıtmaq istəyən müəyyən insanlar..Bunlar da bütün günlərini nəinki hökümət,hətta dövləti təhqir edirlər..Lakin bunlar içində Rəsulzadəçilər də var.

Qeyd edim ki, 1cilər yalnız xaricdən qrant almaq üçün ən bişərəf yollara belə müraciət etməyə hazırdırlar..
2cilər isə sadəcə qocalmış,sadəcə fizikən yox həm də mənən insanlardir ki,bunların boş xüylaları var..
Ən bədbəxtlər 2cilərdir..onların içində yeni-yetmələr..və ya universitetlərə daxil ola bilməyən xeyli gənc var..
nəysə..ümumi mənzərə budur..və guya bunlar Azərbaycanın əsas elektratidir.. bir az gülək..


Birdən kimsə elə bilər mən kiminsə siyasi əqidəsini təhqir edirəm..Helə anlayanlardan üzr istəyirəm..sadəcə reallıq belədir məncə..

четверг, 6 июня 2013 г.

Təklif var !



                                                       Abdülkərim müəllimə xitabən  

       Ölkəmizdə gənc pedaqoqların problemi nədir soruşsam deyəcəksiniz ki, əmək haqqının azlığı,sosial təminatın zəifliyi və bu kimi digər maddi problemləri "sevə-sevə" bir çoxunuz ağız dolusu sayacaqsınız.Amma bunlar heç biri əslində onların peşəkar,ixtisasi problemi deyil.İcazənizlə mən cavablandırım - məmləkətimizdə bu yola yeni başlamış fidanlar olan gənc müəllimlərin ən vacib və təxirəsalınmaz problemi peqaqoji metodalogiyalarını çox zəif olmasıdır.
       İlk öncə demək istərdim ki, ölkə alim yaşının ortalama 55 olduğu bir ölkədə hər gənc müəllim "şamla axtarılan" gözəl nemətdir və onları hər bir halda sadəcə fədakar saya bilərik, özü də əmək haqqıları var ilə yox arasındadırsa,onlar lap "təhsil şəhidləri" də adlandırmaq olar.Bu təklifi və tənqidiləri yalnız bir vətandaş kimi yox,həm də auditoriyanızda oxuyan bir tələbə tərəfində səsləndirildiyinə xüsusi diqqət ayırmanızı xahiş edərdim.
       İndi danışacağım problem inanın təhsildə olan rüşvətdən qat-qat ciddi problemdir.Bu yalnız müəllimlərin yox,həmçin bütöv təhsilin ağrılı yanıdır.
       Tədris keçən müəllimlərimiz sözsüzki savadlıdır.Ola bilər,dünya standartlarından aşağı və ya hər hansı təsadüfi "müəllim" adı almış insanlar da vardır bu tədrisdə,lakin ümumi yanaşsaq heç kimin haqqı yoxdurki onları bisavar adlandırsın.Burdan göründüyü kimi bizim problemimiz onların təhsilsiz olması deyil,bizim-tələbələrin təhsilsiz olmasıdır.Əlbəttəki heç bir insanlar bizləri- tələbəlri də "qoyun" adlandıra bilməz.Bizki TQDK kimi "çin səddini" keçib gəlmişi bu ali məktəb oçaqlarına,bu da bizim necə potensiala malik olduğumuzun əyani sübutudur.Bəs bizim təhsilsiz(bisavad yox ha) daha doğrusu təhsilə layeq olmağımızın səbəbi nədir?
       Mən özüm ADİU tələbəsi olduğumdan bu sahədən- iqtisadi təhsildən danışa bilərəm.Hamı soruşur niyə bütün günüzü çayxana sərf edirsiz, ya da mənim kimi yüzlərlə səhifəlik bəddi ədəbiyyatı 2-3, hətta bir günə oxuyuram,ta ki bu ədəbiyyat mənim təhsilimlə əlaqəsi olsun o aylarla 2 səhifədən 3-üyə keçmir.İcazənizlə deyim bizim marağımız yoxdur sizin o dediyiniz(daha doğrusu üzündən oxuduğunuz) mühazirələrə..Nəyə istəyirsiniz ad içinki, balam bunlar sənə lazımdır heç ağaçdakı qozumuza kimi də olmaz.
       Həm həmişə demişəm, yenə deyirəm əgər o predmetə(fənnə) mənim marağım yoxdursa mən onu illa da oxumaram.Məni o predmetin cəlb etməsi üçün o pedaqoq məni özünə cəlb eləməlidir ilk öncə.Çünki elə predmetlər var ki çox maraqlı olur,lakin o predmeti tədris edən onu bizdən soyudur.Şəxsən mənim başıma fəlsəfə predmetində belə şey gəlmişdi.
       Müəllimlər bizi özünə cəlb etmək üçün ilk öncə pedaqoloji metodlarını dəyişdirməlidirlər."İnkişaf etdirmək" demirəm,yoxsa kor-təbii xaricdən nəyisə götürəcəklər.Bunun üçün ilk öncə tələblərin dünya görüşü,onların həyatdan gözləntilərini anlamalıdırlar.Ölkədə pedoqoji ali məktəb və institutlar var-hərdən təəccüblənirəm bu müəssisələr nə ilə məşğuldular.Hələ mən müəllimlərin ixtisas artırması deyilən şeyin varılığından xəbərdaram.Açığı onun orta məktəb müəllimləri üçün bilirəm.ali məktəb müəllimləri üçün olub,olmamasından bixəbər.Olsa gözəl olar.Onların işi bu müəllimlərin pedaqoji metodlarını zamanın tələblərinə uyğun işləyib hazırlamaqdır.
       Hamı bilir ki,mühazirəni üzündən oxuyan müəllim heç bir tələbə üçün maraqlı deyil,ya da predmeti sirf nəzəri başa salan.Praktika demirəm,heç olmasa əyani misalların olması vacibdir.
       Təhsilə İT tədbiqi labüddür,yeri gəlmişkən bu il İT ili elan olunub.İT deyəndə sadəcə prezentasiyalar nəzərdə tutulmamalıdır.Tələbəyə mövzular verilməli o da internetdə o mövzu haqqında araşdırmalıdır.Bu onun həm araşdırmaçılıq qabiliyyətini inkişaf etdirir,həm də ixtisasina aid yeniliklərlə tanış olur.(heç kim mənə "sərbəst işlər"dən danışmasın)
       İmtahan,case və bu kimi ev tapşırıqları var dünyada.Bunu müəllimi şəxsi seçiminə icazə verilməlidir.Kim necə istəyir helə tələbələri yoxlasın.Əlbəttəki, Azərbaycan reallığında bütün imtahanları hələki heç bir halda müəllimlərə etibar edə biləmərik,lap mələk olsa da :)
       Qiymətləndirmə isə sırf fərdi yanaşılmalı,hem bir halda müqayisəli olmamalıdır.Elə müqayisə-"qonşunu uşağı" prinsipi bizi bu günə qoyub.
       Unutdum ən vacib məsələ olan mühazirəni.Mühazirə vaxtı heç auditoriyanın sayı bir halda 50 nəfərdən artıq olmamalıdır.Çünki hələ bizim universitetlər texniki cəhətdən bundan çox tələbəyə keyfiyyətli dərs verməyə hazır deyil.sadəcə otaqlar quruluşu zəif və dardır.Arxa sıradakıların qabaqda gedən söhbətdən xəbərləri olmur.
       Təkliflərim hələ var..gələn dəfələrdə səsləndirəcəm..hələlik bunlar yetər.

31.05.2013
       

понедельник, 3 июня 2013 г.

Bir balaca sözüm var...

                                                                                                           Nərminə xitabən...  
                                                                                               ...və ya bir növ açıq məktub..



Nərminçik..çik.çik..çik..

    Uzun müddətdir heç kimə məsləhət və ya bu kimi digər "yol göstərmək"lərədən uzağam..çünki bir çoxu səhv anlayıt və ya heç anlamır..amm çox nadirən də olsa dəyər verdiyim,mənim üçün əziz insanlara nə düşünəcəyindən asılı olmayaraq .məsələhət deməyək..o nə həddimizə..sadəcə iradımız bildirirəm..o əziz insanlardan biri də Nərmin Nöqtədir..

Türkiyə

 İlk öncə demək istərdim ki, mən nə türk məktəbini bitirmişəm,nə AKP heyranı bir insan deyiləm.Əlhəmdüllihah müsəlman olsaq da, nurçuluqdan tamam uzaq biriyəm..amma heç də obyektiv olmayacam bəlkə də bu yazı da..
İndi Türkiyə qarışıb ha..insanlar etiraz edir..yaşıllıqla başlayan əslində isə AKM (Atatürk Kültür Mərkəzi) kimi bir idealoji binanın mühafizəsi üçün aksiya sonda şiddətli hadisələr zəncirinə rəva verdi..Bəziləri guya "sosial partlayış" və ya "türk baharı" donu geyindirmək istəyirlər nu hadisələrə..Mən ilk gündə bunlara dair xəbərləri yaxında izləyir və maraqla sonunu gözləyirdim..amma polisin şiddət tədbiqi məni təəssüfləndirdi..Axı mən həqiqətən də türk xalqını(lazını,kürdünü,ərəbini) özümə dost yox,QARDAŞ xalq sayıram..orda baş verən hər şeyə bir şərqli kimi sentimental olaraq həssas yanaşıram..lakin mən etirazçıları heç bir halda dəstəkləmədim..ona görə yox ki AKP-ni dəstəkləyirdim,çünki onların əslində diktator bir idealogiya olan kemalizmin  "tör-tüküntsü" olduğunu anlayırdım..hələ 1 Mayda "İşçi" bayramında bunların məqsədi sosializm və ya hər hansı bir demokratik inkişaf yox sadəcə şüvənlik,xüsusilə də insanların dini inancına xor baxan bir tayfa olduğunu kəşf etdim.. nəysə.. keçək əsas məsələyə..
 Mən sənin Aksiyaçılara dəstək durduğunu "twitter"də görəndə təccüblənmədim..dedim sən demək olarki bütün aksiyalara dəstək durursan :D amma artıq bunlar konkret radikalizm meyli və aktiv şəkildə radikal elementlər tədbiq etdikdə sənin onları dəstəkləməyəcəyini düşündüm..lakin dəstəyinin davamı görəndə mməyus oldum..axı sən "Humanizm" dini olsa onun peygəmbəri olacaq bir insan..bu radikalları necə dəstəklədin?  :(
Əgər o aksiyaçılar  haqqın tərəfində olsaydılar inan mən düşünmədən onlar dəstək durardim..axı bilirəm..türkiyə siyasətinin yaxın takibçisi olaraq..bilirəm onlar seçimdə..yəni seçkidə əldə edə bilmədiklərini bu yolla əldə etmək istəyirlər..Sivil dərbə etmək..amma əslində sadəcə vətəndaş müharibəsinin başlanğıcı qoyacaqlarından bixəbərdilər..Mən bayaq qeyd etdiyim kimi bir çox dan fərqli olaraq səmimi qəlbədən türk xalqını sevir,və hökümətdən asılı olmayaraq bu hadisələrin sonunda sadə türk vətəndaşı ziyana uğrayacaq..dediklərimin sübütü kimi bugün türk birjası 2011-dən bura ən aşağı indeksləri göstərib..hələ bu ilk siqnalladır..makro səviyyədə sonra inlfasiya və bu kimi iqtisadi böhranların xəbərçisidir.... 60cı,70ci,80ci illərdəki dərbələr..90ci illərəd "kürd problemi"..fikir verdiyin kimi hər 10 ildən bir bu türk xalqının başına yeni bəlalar açırlar..sonunçu "kürd ploblemi" isə inan indi aksiyaçılar var ee..onların ideologiyasını və onların yaratdığı şeydir..Dərsim qətliyamı bunun bariz nümunəsidir..
Dinə gəldikdə isə bir ölkənin 60%   qadının başı bağlayırsa..universitetlərə,məhkəmə orqanlarına və bu kimi dövlət müəssisləriə hicabla daxil olmaq qadağan edənlər pivələrini qadağan yox ha sadəcə məktəbdən uzaq yerlərdə satmaq qanunu qoymağı qeyri-demokratik qanun sayır.."28 Şubat" olayları..bunları sadə insanlar arasında nifaq yaymaqla qalmadı 35 milyarı bir günə ölkədən çıxarmaq üçün böyük fırıldaq oldu.

Azərbaycanda....

Ölkəmizdə isə..bəlkə razı olmayacaqsan mənlə..o aksiya dəstək duranlar sadəcə müxalifət və müxalif yönümlü insanlardır..bilirsən mən heç vaxt müxalifəti sevməmişəm onlara qarşı çıxmışam ona görə fikrim bəlkə sənə qeyri-obyektiv səslənə bilər amma inan bu insanlar türk xalqını fikirləşmir sadəcə Ərdoğanın heç vaxt bu müxalifətə ən sadə dillə desək "qoz qoymadığın"dan..bunlar "düşünə arxadan vur" prinsipilə, öz aləmlərində aksiyaya dəstək dururlar..bunlar ha Ərdoğan hara ? :)

Nərmin..əziz və sevimli müəliməmiz..sən ki insan sevgisini varlığının bariz sübut...dayan...sadəcə dayan..68 saniyə...və sonda hər nə istəsən et və ya kimi istəsən dəstəklə..ümumiyyətlə isə heç kimi dəstəkləməsən də olar..sonda sənin nə qərar verməndən asılı olmayaraq..sən həmişə bizim sevimli "sərçəmiz" olacaqsa... 

 Bu şəkildə gördüyün türkiyənin demokratik üsulla seçilən ilk və uzun müddət yeganə başnaziridir..o türkiyəni "çağ atladan"..bir çox ilkə imzad atan..türkiyəni aqrar bir ölkədən sənayə ölkəsinə çevirməyi özünə məqsəd qoyan bir insandır..uzun il..10 il xalqın səsilə hakimiyyət olub..onu demokratik üsulla devirə bilməyəmlər "qara qüvvələr" hərbi dərbə ilə devirirlər... 



суббота, 25 мая 2013 г.

tam amma yarımçıq nəsə..

" Yol nədir? Sadəcə asfaltmi? Sürət yolun zaman bölünmüş ekvalentidir.Yolda olmaq bir sürətə sahib olmaqdır.Əksi durmaqdır..Durmaq darıxdırıcıdır.."

    Nəyəsə inanmaq lazımdır ki o gercəkləşsin..amma bu heç də demək deyil bu gercəkləşməsi mütləqdir..
Sənsə inanırsan,çünki sadəcə inanmaq istəyirsən.Bəyəm günəş hər gün doğmasını bizmi istəyirik?!...
    Hərdən sadəcə qaçmaq,uzaqlaşmaq istəyirsən..və yollara düşürsən..tozlu,bozumtul bakı səkilərinə verirsən özünü...bəlkədə hansısa depressiv bir musiqini dinləyirsən qulaqlarına ziyan olsada saatlarla qulaqcıqlarla..Artıq xəyal qurmaqdan uzaq olursan,plan qurmaq üçünsə çox gərginsən..Düşünmək qabiliyyətin tavanda olsada,yaradılığın bitiş nöqtəsindədir..Reallıq maskası altında pesimisism gizlənir..
   Özünü bu məmləkətdə,hətta dünyada yalnız hiss edirsən,lakin sənin kimi milyonları var...və həqiqətən sən də onlar kimi yalnızsan...gecələrə sıxmayan yalnızlıq sahibisən..hə nə olsunki?!..hər səhər durmalı və insanlara qarşı gülümsəmək məcburiyyətindəsən...amma əslində səndə qəhqəhələr atmaq istəyirsən tam ürəkdən gələn...yüzlərlə söz demək istəyrisən...saysız sayda etiraflar..lakin qəbul etməlisənsə yalnızsan...buludlara çatan gündür beton qutularada "gizlənməyə" başlayanda səndə o biri insanlar kimi yalnızsan..şəhərçilik,meqapolis yaxşıdır..nəinki bir yerdə qonşularla yaşamaq həqiqətdə..
   Əslində mən burda tyam başqa şeylər yazmaq istərdim və istəyirəm lakin hələ vaxta var..hələ tut tam yetişməyib..əriklərsə çixmayıb..hətta may əriyi yetişməyib...

25.05.2013

понедельник, 20 мая 2013 г.

Boşluq ?

"Hər şey boş şeydir."
     Boşluq nədir?...Boşluq elə boşluğun özüdür.Hər nə qədər ona məna ver,yenə də boşdur.Çünki sadəcə boşdur.Fərq etməz nə qədər dərin və ya geniş olsun boşluq..əslində heç onun miqyası müəyyən deyil.
     Bəzliləri üçün boşluq nəsə qüdrətli bir şey kimi görsənər.Onlar o boşluqda fövqəl bir şey zənn edərlər..bəlkə də özləri boş olduqlarındandır..
     Bəzlilərinin içi boşdur..bəli,bəli içi boşdur.Elə bil bunlar sadəcə ətdən və sümükdən ibarətdir..Heç nə düşünməzlər, heç nə yaratmazlar...sadəcə boşdurlar..
     Bəziləri isə düşünərkən anidən özlərini boşluqda tapar..Ha əlləşsələr də,çırpınsalarda o boşluğu tərk edə bilmirlər..çünki əslində onlar heç də o boşluğu tərk etmək istəməzlər..
     Bəziləri isə mənəviyyatdan boşdurlar...Düşünə də bilirlər,lap "torpa da tikirlər"..yəni sadəcə özlərini düşündüklərini zənn edirlər..əslində isə bunlar ta boşluğun içindəki boşluqlardır...
    Bəzilərinin cibi boşdur....və boşluq bunlar üçün sadəcə boş bir cibdən ibarətdir...bəlkə də hər carəsizliklərinin bəhanəsidir bu boşluq...
    Bəzilərinin gözündədir boşluq..ən boş insanlar..bunlar..və ya bizlər...ya da onlar..gözlərindəki boşluq barındıranlar...onlar üçün zaman sadəcə boşluq ölçü vahididir...onlar üçün fərqi yoxdur ya mənəviyyatı boş olsun ya cibi..çünki onlar mənadan boşdurlar...
    Və bir də məna axtaran boşlar...boş başlar var...boşluqdan məna axtarmaqla məna tapmaq olmaz...lap tapdınsa onu boşluğa yamalamaqla o boşluğu dəyişdirə bilməzsən..çünki boşlu sadəcə boşluqdur...



суббота, 18 мая 2013 г.

Nə lazımdır?

"Bakıda böyük bir qəbirstantlıq var....Orda  insanlarımızın xəyalları dəfn olunub.."

     Ölkədə hər şeyin inkişafı üçün ilk öncə  mədəni inqilab olmalıdır..Xeyr, əsla bunun Çində keçən əsrin 60-cı illərindəki yalançı inqilabla qatışdırmayın..Bu bütün sahələrdə dəyişikliklər yaradacaq hadisələrdir..Bunun üçün ilk öncə təfəkkür dəyişməlidir..Amma bu artıq sırf və yalnız təkamüll yolu ilə baş verməlidirki tam və oturaqlı olsun.Təfəkkürün dəyişməsi bugün-sabah yox, 20, 25 hətta 50 il vaxt apara bilərki bu da normaldır.
     Fərdi təfəkkür dəyişikliyi bir insan tərəfindən aparıla bilər lakin cəmiyyətin təfəkkür dəyişikliyi zamanı institutların iştirakı mütləqdir.Məsələn son dövrlərdə hökümət tərəfindən başladılan vətəndaş cəmiyyəti və QHT-lərin insanlar arasında təbliği,bunlara maliyyə yardımı,ən əsası qanunların qəbulu təqdirə layiq bir hadisədir.Lakin iş göründüyü kimi sadə deyil.İlk öncə işi pul ayırmaqla bitdiyini zənn etmək sadəlövlükdür.Ən   əsası bunların heç bir halda icbari olmamalıdır.Xalqımız sovetlər dövründə bunun acı təcrübəsini keçib.Könüllüyün təbliği aparılır,hətta forum da keçirdilər.Bunlara baxmayaraq könüllük ölkədə gənclər arasında heç də arzuolunan səviyyədə deyil ki,bunun əsas səbəbi yuxarıda qeyd etdiyim təfəkkür problemindən qaynaqlanır.
     İndisə sizə deyim necə dəyişmək lazımdır..Fikir verdinizsə "dəyişmək" ifadəsindən istifadə edirəm nəinki -"inkişaf etdirmək" "müasirləşdirmək" və s.. Burdan anlaşıldığı kimi köhnə təfəkkürü anlasanız onu heç bir halda dəyişə bilməzsiniz..Yoxsa "Qıjı","kəndçi", "çuşka" kimi ifadələrdən istifadə edib qarşıdakını alçatmaq və ya onla öz aləmində məzələnməyin heç kimə xeyri yoxdur.Əksinə b belə edəndə bir yazıçımız demişkən elə sən özün olursan "intellektual çuşka".Mənsə sizə başqa yolu təklif edirəm,bəlkə bunu kimsə edib amma mən bunu islam haqqında oxuyanda orda kəşf etmişəm.İslamda "dəvət" deyilən şey varki insanları dinə,savaba bu kimi dini cəhətdən müstəb hadisələrə çağırır.Əks tərəf ona -"dəvətçi"yə  nə qədər qarşı hətta amansız olsa da dəvətçi yolundan dönmür səbrlə dəvətinə davam edir.Mən bu metodu daha da dərindən araşdırıb insanların təfəkkürün dəyişməyə çağırmaq və təbliğ etmək üçün istifadə etməyi təklif edirəm.
     Bunun üçün bir çox motivasiya üsulları var nəinki mənasız təlimlər keçirmək.Şəxsi təcrübəmə istinadən deyirəm orda- təlimdə olanların 25%ı adam yığmaq xətrinə ora yığılmış,30% mövzudan xəbəri yoxdur,qalanı isə sadəcə müəmmadır.Ona görə bu heç də göründüyü kimi effektiv üsul deyil məncə.Praktik olaraq bizimlər təlimlər ilə mühazirələr arasında cüzi fərqi var.Kim bunun əksini iddia edirsə tam səmimi mənə inanın gözünün içinə kimi yalan deyir.Bəzi istisnalar var əlbəttəki.
     Üsullardan gənclər üçün ən cəlb ediçisi məncə pul ilə aiddiyatı olan üsullardır.Hamıya məlumdur ki, insanlarımızın pula olan "zəifliyi",bundan biz istifadə edib ilk öncə onları belə üsullarla dəyişməyə cəlb etməliyik.Əsla demirəm onlara bir başa pul təklif edək.Məsələn islah müəssisələrindəki hamının türmə kimi tanıyır ordakı məhkumları kitabları tərcümə etməyə cəlb edək.Bu onlara həm o kitabı oxumaq - dünyagörüşünü inkişaf etdirmək, həm də tərcümə -cəmiyyətə müəyyən dərəcədə töhfə verməyə şans verir.Bu daha da cəlb edici etmək üçün xırda cinayətlərər görə məhkumlara hətta müəyyən miqdar kitabdan sonra azadlıq vədi.Bu ideayanı hansısa ölkədə tədbiq edirlər artıq.Niyə bizdə də olmasın?...
     Yuxarıda sadə bir misal çəkdim,minimum xərc amma bir çox xeyri olan, ən sadə bərbad vəziyyətdə olan tərçümə ədəbiyyat (mən elmi ədəbiyyatı heç dilimə gətirmirəm ki olda vəziyyətt 0 həddindədir) da inkişaf etmiş olur.Əsas ideyamız aktiv insanları daha aktiv etmək yox,passivləri aktivləşdirməkdir..
     Mövzu genişdir və bilirəm səthi yanaşdım bir çox məsələyə amma maxsimum çalışdım ki, sadə oxucuda anlasın təklifimi.

"Çayxanaları Kitabxanalara çevirək!"

18.05.2013

понедельник, 13 мая 2013 г.

Yollarda..(1)

Bilirəm şeir yazmaq artıq demoda bir şeydir amma ki hər halda təsirlidir...
Bədbəxtçilik ordadır nə şeiri sevmişəm nə yazmaği baçarmışam...
Nəsə demək istəyirəm..lakin Adam Smith sözülə desək "görünməz bir əl" boğazımı sıxıb ve orda bəlkə də məni və hisslerimi ifadə edə biləcək mükəmməl sözler ilişib qalib..
.
Günəşi hamı görür,bəs kimlər günəşə baxa bilir?Buludlar arxasındakı yox..Aydın şəfəq saçan ve bütün üfuqi aydınladan Günəşə..

Görürsən həmişə hər şeyi açıq bəlkə də kobud deyən bir insan..deyə bilmir..fikirlərşir...bəlkə bu söz,bu ifadəni səhv anlar...insanlar deyişmir,sadece insanları deyişdirirlər...

Uğura inanmayan bir insanın uğursuzluğa dücar olması kimidir hərdən mənim başıma gələnlər.

Gözəllik...deyə bilərəm sən gözəlsən..bəli sadə ve mənasız səslənir ..amma desəmki.."sənin gözəliyinə şeir yazsam onu ifadəifadə edə biləcək qədər gözəl söz yoxdur"...gözel görsənsə də yenə nəsə monoton çıxacaq...çünki sən ve digərleri gözellik deyəndə ilk öncə cazibədarlıq anlarsız..gözelliksə tamam fərqli şeydir...gözəl ilk önce insan olur hansi içində kin,paxıllıq,nifrət olmaz..insanki pişik balasi görende ürəyi yumşar...yeni mərhəmət...insanki heç kimdən pislik gözləməz..yəni inam..həm də axı özü pislik nədir bilməz..yəni sadəcə insan..

Hərdən o qədər özümü yalnız hiss edirəmki bütöv bir şəhərdə tənha olduğumu zənn edirəm...mən xoşbəxtlik yox..sənlə birlikdə olmaq istəyirəm..bu elə məni xoşbəxt edir..hətta bunu düşünmək belə məni xoşbəxt etməyə yetir...

Bəlkə də sən başqa həyat istəyirsən...bəlkə də başqa şeylərdir xəyallarin..amma Ümid...o ümidki var..yalnız sahibi öləndə ölür..

Ümid..bilirsən ümid insani həyata bağlayan hərdən yeganə şey olur..amma faktiki öldürür..insanı hiss etdirmədən qəbirə aparir ümid...bir insan nəyəsə ümid edə bilərmi o qədər ki sözlə ifadə etmək olmur..,niyə bəs ümid edir bu bəni-adeəm?..çünki Allah var..və allah ümidsizlərin ümididir..

Uzaqlarda kimse belkə de mənim kimi insanlar var..hətta bir şeyi məndən çox sevən də amma mənim kimi sevə bilməz..bəlkə də mən belə zənn edirəm..

23.04.2013

воскресенье, 14 апреля 2013 г.

14.04.2013

... neçə gündür yazmaq istəyirəm...xüsusilə də avtobusda olarkən...
demək olar ki hər şey haqqında.
.siyasət..Nu sənəti..ictimai nəqliyyat və digər mövzular haqqında..
 amma ki son günlər də məni vicdan azadlığı çox narahat etməyə başladı..biz ki vicdani baximdan tolerant bir dövlət idik...arada bir İranın cahil kölələri ara qatmaq istərdi amma əllərindən heç nə gəlməzdi....unudulardı.
.xeyr əsla kiminsə tutulmasında zaddan danışmaq istəmirəm..mən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi  bir nümayəndəsinin sözləri məni narahat etdi.. özü də diyəsən şöbə müdiridir..onun insanları etiqatını demək olar ki təhqir etdiyi abaçıq ortada idi..nəysə..mən höküməti dəstəkləmişəm..bir çox nöqsanları olsa da hər halda indiki variantda siyasi arenada alternativi yoxdur məmləkətdə ..eh mən başqa şeydən danışacaqdım..

 

воскресенье, 7 апреля 2013 г.

07.04.2013

       Gözəllik...ədalət..xoşbəxtlik.və bu kimi insan qulağına xoş gələn sözlər...danışmaq istəmirəm həyatda bunlar varmı və ya ümumiyyətlər bunların varlığına inan varmı..hər kəs bunları fərqli - öz həyat və düşünmə tərzinə uyğun anlayır... buna görə nə onları günahlandıra bilərik nə də hər dəqiqə söydüyümüz cəmiyyəti..heç cəmiyyətdə yoxdur sadəcə insan kütləsidir..heç hamısı da insan deyil sadə adamlardır..

    Gözəllik deyəndə ilk öncə qadın ağla gəlir yəni normal insanlar üçün..heç də yalandan deməyək mənəviyyatı zadı..sadəcə gözəl fiziki quruluşa malik qadın..amma bəzən gözəl deyən həm də ağıllı qadınlar yada düşür..qadın cazibədar olar bilər amma əgər onun mənəvi keyfiyyətləri yoxdursa o gözəl deyil..yəni mənim üçün gözəl deyil..çünki insan gözəl qadınla yalnız  söhbət etməklə belə böyük zövq alır...nəinki cazibədarla 40 gün 40 gecə ... bəzənsə gözəl deyən ilk öncə sevdiyin insan gözlərinin önünə gəlir..

Ədalət.. bunun haqqında danışmaq həm asan həm çox çətindir..minlərlə filosof,müdrik insanlar bunun haqqında minlərlə kitab yazib ..bəziləri isə onun ümumiyyətlə varlığına inanmır..bəzilər ilahi ədalət inanır..bəziləri isə ədalətin nisbi olduğuna..bəziləri də Qraf Monte kimi ədaləti özləri bərqərar etmək xülyasına qapılır...Dinlər deyir ədalət var..həm burda həm də o biri dünya da..mənim kimi Tanrıya-hansiki bizlər onu Allah adlandırırıq ədalətə inanır..bu dünya da olmasa mütləq və mütləq o biri dünya olduğuna..bu günlər ölüm hökmünün bərpası haqqıdan danışırdılar...onlar fikirləşmirki insanın ən vacib hüququ olan yaşamaq hüququ hansısa qanun əlindən alarkən nə qədər ədalətli olmaq olar? belə ədalətin kişi adından başqa heç nə olmadığı bir zəmanədə özü də...

Xoşbəxtlik..sadəcə ani bir hisdir..sadəcə 1 saniyə bəlkə də daha az olan bir hiss ...baxmayaraq ki milyonlar insan varki heç onun dadına baxmadan bu dünyanı tərk edir..o 1 saniyəyə çatmaq üçün neçə illər çalışır..vuruşur..sözün əsl mənasında bir çox streotiplər və problemlərlə vuruşur..amma sonda nəsə olur və xoşbəxt olmursan...bayaq dediyim "gözəl" var idi ee..onlar hardasa 2 fincan kofe içmək..sadəcə onla danışmaqdır bəziləri üçün xoşbəxtlik........
     

вторник, 19 марта 2013 г.

Bağışlayın amma heç birinizi bayram münasibətlə təbrik etmək istəmirəm...

İndi guya siz bayram keçirirsiniz də...Xeyr, əsla nə bayramı adətlərini nə də sizlərin onu necə qeyd etməsini pisləmək niyyətim yoxdur...onsuzda sizin üçün bayram yalnız yeməkdən və bulvara getməkdən ibarətdir...

İndi heç kefim yoxdur.. çünki bir çoxundan fərqli olaraq mənim üçün Həqiqət başqadır..və insanların necə saxta və süni olduğunu görürəm...

İndi astroloji il dəyişirdə .. guya bir il keçdi də... bu il ərzində gördüyüm yaltaqlıqların,iki üç hətta dörd üzlüklər,şərəfsizliklər,inam və inanclardan sui-istifadələr gördüm..yox hamımız gördük..

Nə bilim ee indi desəmki bu insan kütləsi cəmiyyət deyil nəinki inkişaf etməsi..və bundan inanın dövlətin heç bir günahı yoxdur..bəziləriniz dövləti tərifləyir mənasında başa düşüb ..sabun deyəcəksiz ki hansıki bir çoxunuz dövlət və hökümət arasında anlayışdan bixəbərsiz...

Hamı dəyişikliklər istəyir ..düşünmədən özü də...amma heç kim özünü dəyişmək istəmir...heç kim monoton həyat tərzi və düşüncəsini dəyişməyə cəhd etmir...

 Yadım çıxdı nə deyəcəkdim..hə bayram.. indi yalandan bir birinizi təbrik edirsiz ha.. saxta və yalan təbriklər var aa..onları deyirəm..TƏPƏNİZƏ DƏYSİN onlar...

Bayramda guya imkansızlara əl tutmaq lazımdır..heç görmədim bir uşaqevinə,qocalar evinə gedən ,heç olmasa təklif edən aranızda...amma danışanda dindən,imandan lap şeyx kimi danışırsız.."mələklər"...

Kədərliyim ..bilmirəm niyə..bəlkə də bilirəm amma qəbul etmək istəmirəm..içimdə həmişə mövcud olan bir şeyin itməsi məni narahat edir...İNSANLARA SEVGİ...çoxunuz heç bu sözü anlamazsız...

Elə belə yazıram sözləri..ağlıma gəldiyi kimi..əslində hamınızın YALNIZ  bayramıı qeyd etdiyini üzünüzə vurmaq istıyirdim bu yazıda..baxmayaraq ki guya ailənizlə birlikdə qeyd edirsiz..inanın siz yalnız orda cismanisiz...

İndi burda sizi ittiham edirem ha ..elə bilməyinki mən bilmirəmki ÖZÜM də sizin kimi bir bezin tayi olduğumu bilmirəm...sadəcə nəyisə sizə anlatmak istəyirəm..Yaşlılardan keçib..özüm kimi gənclərə xitab edirəm... artıq nəyisə dəyişdirməyin vaxtı çatıb..məsələn..ÖZÜNÜZÜ...

P.S. indi hansısa xarici bir mahni paylaşıb COOL görsənə bilərdim..amma öz zövqümə və sizədə şiddətlə təklif etdiyim Ahmet KAYAdan bir şey verirəm...

http://www.youtube.com/watch?v=nG9ByIiips8


19.03.2013


суббота, 16 февраля 2013 г.

01

Bizlər ...

       Bizlər ... XX əsrin son on illiyinin ilk beşliyində doğulanlar...Bizlər həm ilklər, həm də sonlar idik..sonuncu   "komunistlər", ilkin "demokratlar"..
     Bizlər nə qabaqkılar, nə də sonrakılar kimi olmadıq...ola bilmədik..
Görmədiyimiz şeylər haqqında kimə necə sərf elədi helə anlatdı...bəziləri təriflədi..bəziləri pislədi..bəlkədə ona görə heç kimə tam inanmadıq..
     Bizlər sonuncu "küçə uşaqları" idik.."filankəs həyətə düş giclənpaç oynayaq" eşidən sonuncu nəsil...oğlanlar o dövrə uyğun çətinliklə əllərinə keçən 2-3 "məmmədi" birləşdirib top alan..meydança olmadığından daşla qapı düzəldənlər...hətta pulsuzluqdan top əvəzinə butulka ilə oynayan yaradıcı indikilər demişkən "creative" idik...
Rusları bizə düşmən kimi qələmə verib amma demək olarki rusçanı heç bir təhsilsiz rahat danışan bilən nəsil...Televiziya kanalları bütün filmləri rusça verdiklərindən bəlkə də...
Bizlər teatra yalnız "yeni il şənliyində" gedən... kinoteartın varlığından bixəbərlər...
Yeni ili həqiqi mənasında qeyd edənlər..yalnız bayramlarda banan portağal görən...ona görə də bayramları sevənlər.."Zirpaket" adlandırdığımız ondan bizə hər hansı bir təhlükə gələcəyini belə ağlımıza gətirməyən..hər yerə..hər əşyanın içinə qoyub..partladan..
..Novruzda tonqal üstündən tullanan...qapıya "papaq tullayan", yumurta döyüşdürən sonuncu nəsil...
Bizlər heç vaxt erməni görmədik amma onlar tam qəlbilə nifrət etdik...bizim uşaq qəlbimizə nifrət soxdular..Xeyr əsla onların tərəfini saxlamır və ya onları dost adlandırmiram..amma sirf erməni deyə erməniyə nifrət etmək nəyə lazım?..BƏLİ ERMƏNİ DÜŞMƏNİMİZDİR...çünki bizi özünə düşmən sayır...
Bizlər siyasətə və ya siyasətçilər heç vaxt inanmadıq...bəlkə də ona görə içimizdə siyasətçi çıxmadı...
Bizlər kitabı "semiçka" üçün səhifəbəsəhifə parçaladıq...hamımız "bazar adamı" olduq...
Bizlər gələcəkdə "biznesmen" olmaq arzusu ilə böyüdük, heç bu ifadənin nə məna verdiyini anlamadan..
Bizlər "hörmət" sözünün tam başqa məna verdiyini bilən sonuncu nəsil idik..Bir film var idi..orda deyildiyi kimi :
"bizim nəsil böyük müharibə görmədi,böyük böhran yaşamadı amma bizim müharibəmiz var...böyük bir mənəvi müharibəmiz..böyük bir böhrandır bizim həyatımız..biz mənəvi böhran keçiririk".
Bizlərin - hamımızın büyük arzuları,böyük ümidləri vardı..bizlər heç vaxt "uşaq" olmadıq..amma hey uşaq qaldıq.
...bizlər biz haqqından çox şey yaza bilər... olar bilər nə bizdən qabaqkılar, nə də sonrakılar bunra razılaşmasınlar.. axi bizləri yalnız bizlər anlaya bilərik...
...və sonda hər nə qədər də olsa da..bizlər bu məmləkətin ilk azad vətəndaşları olduq...


16.02.2013