A1

суббота, 16 февраля 2013 г.

01

Bizlər ...

       Bizlər ... XX əsrin son on illiyinin ilk beşliyində doğulanlar...Bizlər həm ilklər, həm də sonlar idik..sonuncu   "komunistlər", ilkin "demokratlar"..
     Bizlər nə qabaqkılar, nə də sonrakılar kimi olmadıq...ola bilmədik..
Görmədiyimiz şeylər haqqında kimə necə sərf elədi helə anlatdı...bəziləri təriflədi..bəziləri pislədi..bəlkədə ona görə heç kimə tam inanmadıq..
     Bizlər sonuncu "küçə uşaqları" idik.."filankəs həyətə düş giclənpaç oynayaq" eşidən sonuncu nəsil...oğlanlar o dövrə uyğun çətinliklə əllərinə keçən 2-3 "məmmədi" birləşdirib top alan..meydança olmadığından daşla qapı düzəldənlər...hətta pulsuzluqdan top əvəzinə butulka ilə oynayan yaradıcı indikilər demişkən "creative" idik...
Rusları bizə düşmən kimi qələmə verib amma demək olarki rusçanı heç bir təhsilsiz rahat danışan bilən nəsil...Televiziya kanalları bütün filmləri rusça verdiklərindən bəlkə də...
Bizlər teatra yalnız "yeni il şənliyində" gedən... kinoteartın varlığından bixəbərlər...
Yeni ili həqiqi mənasında qeyd edənlər..yalnız bayramlarda banan portağal görən...ona görə də bayramları sevənlər.."Zirpaket" adlandırdığımız ondan bizə hər hansı bir təhlükə gələcəyini belə ağlımıza gətirməyən..hər yerə..hər əşyanın içinə qoyub..partladan..
..Novruzda tonqal üstündən tullanan...qapıya "papaq tullayan", yumurta döyüşdürən sonuncu nəsil...
Bizlər heç vaxt erməni görmədik amma onlar tam qəlbilə nifrət etdik...bizim uşaq qəlbimizə nifrət soxdular..Xeyr əsla onların tərəfini saxlamır və ya onları dost adlandırmiram..amma sirf erməni deyə erməniyə nifrət etmək nəyə lazım?..BƏLİ ERMƏNİ DÜŞMƏNİMİZDİR...çünki bizi özünə düşmən sayır...
Bizlər siyasətə və ya siyasətçilər heç vaxt inanmadıq...bəlkə də ona görə içimizdə siyasətçi çıxmadı...
Bizlər kitabı "semiçka" üçün səhifəbəsəhifə parçaladıq...hamımız "bazar adamı" olduq...
Bizlər gələcəkdə "biznesmen" olmaq arzusu ilə böyüdük, heç bu ifadənin nə məna verdiyini anlamadan..
Bizlər "hörmət" sözünün tam başqa məna verdiyini bilən sonuncu nəsil idik..Bir film var idi..orda deyildiyi kimi :
"bizim nəsil böyük müharibə görmədi,böyük böhran yaşamadı amma bizim müharibəmiz var...böyük bir mənəvi müharibəmiz..böyük bir böhrandır bizim həyatımız..biz mənəvi böhran keçiririk".
Bizlərin - hamımızın büyük arzuları,böyük ümidləri vardı..bizlər heç vaxt "uşaq" olmadıq..amma hey uşaq qaldıq.
...bizlər biz haqqından çox şey yaza bilər... olar bilər nə bizdən qabaqkılar, nə də sonrakılar bunra razılaşmasınlar.. axi bizləri yalnız bizlər anlaya bilərik...
...və sonda hər nə qədər də olsa da..bizlər bu məmləkətin ilk azad vətəndaşları olduq...


16.02.2013