A1

воскресенье, 6 марта 2016 г.

Səhrada Boğulan Qarışqalar

                
       Səhrada Boğulan Qarışqalar


Səngərdə hər dəfə gəzəndə yalnız bir istiqamətə baxırdı...bilirdi hər gün o çıxacaq..Dan ulduzu..hansı ki hər gün günəşin çıxması ilə qısamüddətlik görsənən bu ulduz onun ümidi ifadə edirdi..hamının "olmaz" "alınmaz" dediyi şeylərə ümidi idi bu ulduz...hər günəş çıxanda necə yenidən doğulurdusa elə bu ulduzu görməklə ümidi daha da böyüyürdür...

            
      
      Bir iyul günündə işdən yorğun-arğın işdən qayıdan insanlarla iynə atsan yerə düşməyəcək dərəcədə dolu və içərisini metro çıxışında satılan ucuz ətirlərlə yüngül tərs iyisinin qarışdığı qoxu ilə dolmuş sürətlə şossede şütüyən bir avtobusun arxa oturacağında baışnı şüşəyə darayıb sonuncu dəfə azad şəkildə ən çox sevdiyi təbiət hadisəsini - Günəşin qürubunu izləyirdi.Hələ bilməyirdi ki, vurğunu olduğu qürub onun üçün əzabların,bitməz tükənməz şaxtalı,yorucu gecələrin başlanğıcının xəbərçisi olacaq. O üfuqi fəth edən qırmızı şüalar onun üçün artıq sevdiyi şeylərdən uzaq olduöunu xatırladan müdhiş işıqlar olacaqdır..

  

Hər şey hamıdakı kimi sadə başlayır,əlbəttə ki, ömrüboyu şəhərin göbəyi sayılan yerlədə böyümüş və istənilən fiziki əməkdən uzaq bir insan üçün təlimlərin çətin gəlməsi gözlənilən və təbii idi.Lakin ən maraqlı şey digərlərindən fərqli olaraq qidalara daha tez öyrəşməsi idi.Bu bəlkədə onun bu sənətə olan marağında irəli gəlirdi.Zaman isə tam başqa şey göstərdi,o itirdi çəkisinin gözə gəlimli hissəsini.
        Sözsüz ki, sözü çəp düşürdü fərqli mühitlərdə böyümüş və fərqli dünya görüşlü və ələxsusda qanlarının qaynayan dövründə icbari bura gəlmiş diyərləri ilə,hansı ki bir çoxu ondan balaca idi.Lakin o bunu böyük fürsət sayırdı özüçün,o səbəbə ki vətəninin insanlarını tanımaq şansı əldə edirdi.Ancaq hələ o bilmirdi hər şey qabaqdadır..yeni ləhcələr,yeni adətlər,yeni üzlər və insan ruhları..
        İlk dəfə gələndə ətrafındakılarından fərqli olaraq onda təxmini təsəvvür etmişdi necə yerə gəlib düşüb..siz heç sizdən heç də uzaq olmayan bir yerdə Əfqanstandakı kimi bir yerin var olduğunu təsəvvür edə bilərdinizmi?!..Çöldə bir adada artıq yaşamalı olacaqsan və daim təhlükədə.Səni nə yeməyin dadsızlığı,nə işığın olmaması nə də çimməyə belə suyun olmaması maraqlandırmayacaq,sadəcə bircə istilik üçün nə yandıra bilərsən onu düşünəcəksən.
        Zaman keçir...artıq öyrəşir..qaranlığa..açlığa..susuzluğa..həmişə "qj" saydığı mahnılara...rasionallıqdan uzaq əmrlərə..ümumiyyətlə orada rasionallıq axtarmaq özü bir irrasionalığın göstəricisidir.Hamı yalnızlıqdan şikayətlənsə də baxmayaraq ki ölkənin ən böyük şəhərində böyüyüb ona çətin olmadı öyrəşəmək ona.Çünki o elə öz doğma şəhərində - özünkülərin içində yalnız - biri idi.
        İnsandır,əlbəttə ki ilk öncə bir gərginlik hiss edirdi düşmənlə üzbəüz növbətçi çıxanda və ələxsusda silahı xususi olduğundan.Naryad yoldaşı hər dəfə fərqli insanlar olduqça hər dəfə fərqli həyatlarla,fərqli xəyallar  və fərqli kədərlərlə tanış olurdu.
Dumanlı bir gün idi.Duman həmişə özülə ölüm gətirdiyini bildiklərindən qorxurlar gözlədənlər.Axı birdən gözlüyənlərin gözünü yolda qoyar bu duman. Qadağandır.Olmaz idi..lakin o edirdi..əslində böyük günah deyil..sadəcə siqəret çəkirdi..lakin orada və o zaman olmaz..
        Hava nəmləndi.Səhər yağış yağacağını fikirləşib, yenə hər tərəfin saqqız tək yapışqan palçıq olacağını  bilib təəsüfləndi.Birdən sadəcə nəyinsə küləyin kəsdiyini eşitdi.Ağrı və s. hiss etmədi...bir iki saniyə sadəcə donub qaldı.Sinəsində,sol tərəfdə nəsə maye hiss etdi.Əlini ora.Əlçəyi qırmızımtıl rəng aldı...və yıxıldı..
        Bilirdi gözlədənlər həmişə günahkar olur gözlüyənlərini məyus qoyanda.Lakin bilirsiniz nədir?Axı bunun gözləyəni yox idi.Bilirdi axı arxasınca anasından başqa heç kim göz yaşı tökməyəcək. Yalnızlığıq onun üçün sadəcə kəlimə olmayıb,bütüb həyat tərzini ifadə edib.Bəlkə də o səbəbə idi ki, ölümdən qorxmurdu.Sadəcə öldükdən sonra xəyallarının sahibsiz qalacağından narahat idi. "Vurdular".."öldü" deyə qışqırıqlar eşitdi...beynində bircə düşüncə var idi..axı mən hələ bura gəlməmişdən qabaq ölmüşdüm.Onunçün, ölüm odur ki əgər ruhun artıq ölübsə sən da iddia edə bilməzsənki sağam.Onda isə çoxdə ruh tərk eləmişdi bədəni.Buralara sadəcə cismi gəlmişdi.
        Hiss edirdi kimsə onu qaldırdı,harasa daşıyır bədənini.Bu an onun gözlərində yalnız bir sifət canlandı...hər dəfə naryadda Günəşin doğulmasında Günəşi  bənzətdiyi sifət...zifri qaranlıqda birdən buludlar arasında çıxıb bütüb səngərini aydınlatdığı qəməri Aya bənzətdiyi sifəti..yerə yıxılarkən hiss etdiyin torpağın qoxusu - səhər şehindən sonra torpaqdan çıxan o müdhiş qoxu-..hansı ki ona onun qoxusu xatırladırdı.
Onun hər şeyə dözməsinin səbəbi sadəcə o idi..çünki bilirdi o burada onun üçün ən dəyərli şeyi qoruyur.Onun üçün Vətən o yerdiki o orada yaşayır..Dövləti o dövlət idi ki hansı ki o vətəndaşıdır o dövlətin..
O bura gələndə bilirdi qarışqalar yeməyə,suya və yaşamaq üçün lazimi ən mühüm şeylərə həsrət qalacaq...o bilirdi özü kimilər nadirən qalır burada..o bilirdi ədalət görməyəcək..o qabaqdan bir çox şeyi artıq təxəyyülündə canlandırmışdı.Lakin insandır o da..hər şeyi gözləsə də bunu gözləmirdi..bəlkə də gözləmək istəmirdi...axı heç kim gözləməsə də o bilirdi o özünü bütün ümidi görən anası gözləyir..həsrətin bitəcəyi günləri sayan yeganə insan anası idi..Heç təsəvvür edə bilmirdi qapı döyüləcək, evə atası girəcək.Artıq atasına demişdilər onun barəsində.Atası qonaq otağına keçir anasını çağırır.Divanda əyləşməsini xahiş edir.Kişi bilmir necə desin,lakin hərhalda deməlidir və ən pisi bu xəbəri bir ata-həyat yoldaşı kimi o yoldaşına deməli idi.Və dedi...Qadının dili tutuldu..ağlama belə səsi çıxmadı...gözündə yaş gəldi..bir dənə ..iki dənə..və sel...Qohumlar gəldi anasına sakitləşdirmək üçün bir çox şey edib axırda sakitləşdirici iynə vurdular..Kişi eyvana çıxdı..artıq təkdir..səhərdən özünü güclə saxlamışdı..bütün ruhu ilə..Dua edirdi..övladının bağışlanmasını istəyirdi..Kişilər ağlamaz...ancaq gözündən bir dənə damla düşdü..və dayanda hər halda o dağ idi..qoca dağ...lakin o da insandır..55 yaşındaki kişi ömründə ilk dəfə siqəret çəkdi..çəkdi və çəkdi..artıq o bu pis xasiyyəti yiyələndi..Onun övlandınınkından böyük olmasa da..hamı kimi sadə xəyalları var idi övladına dair..tək oğluna dair..ona qız tapmaq..evləndirmək..baba olmaq..bütün dostları artıq baba idi..bircə bu qalmışdı..övladını böyük vəzifədə görmək istərdi ...axı bu da sadəcə bir azərbaycanlı idi..bir  saf və təmiz ürəkli azərbaycanlının nə qədər fərqli arzusu ola bilərdi ki?!..ən əsasısı nə qədər primitiv olsada tam ürəkdən gələn,səmimiyyətin zirvəsində idi bu arzular...Artıq onun oğlu yoxdur...day o nəyə və ya kimə ümid  bağlaya bilərdi..



Ona demişdilər..ehtiyyatlı olsun..bu uçsuz bucaqsız səhrada qarışqalara yaşamaq çətindir..bəziləri dözmür məkanı dəyişir..bəziləri isə dözür axıra kimi..bəziləri isə sadəcə "boğulur" bu çöllərdə..