Səhrada Boğulan Qarışqalar
Səngərdə hər dəfə gəzəndə yalnız bir istiqamətə baxırdı...bilirdi hər gün o çıxacaq..Dan ulduzu..hansı ki hər gün günəşin çıxması ilə qısamüddətlik görsənən bu ulduz onun ümidi ifadə edirdi..hamının "olmaz" "alınmaz" dediyi şeylərə ümidi idi bu ulduz...hər günəş çıxanda necə yenidən doğulurdusa elə bu ulduzu görməklə ümidi daha da böyüyürdür...
Bir iyul günündə işdən yorğun-arğın işdən
qayıdan insanlarla iynə atsan yerə düşməyəcək dərəcədə dolu və içərisini metro çıxışında satılan ucuz ətirlərlə yüngül tərs iyisinin qarışdığı
qoxu ilə dolmuş sürətlə şossede şütüyən bir avtobusun arxa oturacağında baışnı
şüşəyə darayıb sonuncu dəfə azad şəkildə ən çox sevdiyi təbiət hadisəsini - Günəşin
qürubunu izləyirdi.Hələ bilməyirdi ki, vurğunu olduğu qürub onun üçün əzabların,bitməz
tükənməz şaxtalı,yorucu gecələrin başlanğıcının xəbərçisi olacaq. O üfuqi fəth
edən qırmızı şüalar onun üçün artıq sevdiyi şeylərdən uzaq olduöunu xatırladan
müdhiş işıqlar olacaqdır..
Hər şey hamıdakı kimi sadə başlayır,əlbəttə ki,
ömrüboyu şəhərin göbəyi sayılan yerlədə böyümüş və istənilən fiziki əməkdən
uzaq bir insan üçün təlimlərin çətin gəlməsi gözlənilən və təbii idi.Lakin ən
maraqlı şey digərlərindən fərqli olaraq qidalara daha tez öyrəşməsi idi.Bu bəlkədə
onun bu sənətə olan marağında irəli gəlirdi.Zaman isə tam başqa şey göstərdi,o
itirdi çəkisinin gözə gəlimli hissəsini.
Sözsüz
ki, sözü çəp düşürdü fərqli mühitlərdə böyümüş və fərqli dünya görüşlü və ələxsusda
qanlarının qaynayan dövründə icbari bura gəlmiş diyərləri ilə,hansı ki bir çoxu
ondan balaca idi.Lakin o bunu böyük fürsət sayırdı özüçün,o səbəbə ki vətəninin
insanlarını tanımaq şansı əldə edirdi.Ancaq hələ o bilmirdi hər şey
qabaqdadır..yeni ləhcələr,yeni adətlər,yeni üzlər və insan ruhları..
İlk dəfə
gələndə ətrafındakılarından fərqli olaraq onda təxmini təsəvvür etmişdi necə
yerə gəlib düşüb..siz heç sizdən heç də uzaq olmayan bir yerdə Əfqanstandakı
kimi bir yerin var olduğunu təsəvvür edə bilərdinizmi?!..Çöldə bir adada artıq
yaşamalı olacaqsan və daim təhlükədə.Səni nə yeməyin dadsızlığı,nə işığın
olmaması nə də çimməyə belə suyun olmaması maraqlandırmayacaq,sadəcə bircə
istilik üçün nə yandıra bilərsən onu düşünəcəksən.
Zaman
keçir...artıq öyrəşir..qaranlığa..açlığa..susuzluğa..həmişə "qj"
saydığı mahnılara...rasionallıqdan uzaq əmrlərə..ümumiyyətlə orada rasionallıq
axtarmaq özü bir irrasionalığın göstəricisidir.Hamı yalnızlıqdan şikayətlənsə də
baxmayaraq ki ölkənin ən böyük şəhərində böyüyüb ona çətin olmadı öyrəşəmək
ona.Çünki o elə öz doğma şəhərində - özünkülərin içində yalnız - biri idi.
İnsandır,əlbəttə
ki ilk öncə bir gərginlik hiss edirdi düşmənlə üzbəüz növbətçi çıxanda və ələxsusda
silahı xususi olduğundan.Naryad yoldaşı hər dəfə fərqli insanlar olduqça hər dəfə
fərqli həyatlarla,fərqli xəyallar və fərqli
kədərlərlə tanış olurdu.
Dumanlı bir gün idi.Duman həmişə özülə ölüm gətirdiyini
bildiklərindən qorxurlar gözlədənlər.Axı birdən gözlüyənlərin gözünü yolda
qoyar bu duman. Qadağandır.Olmaz idi..lakin o edirdi..əslində böyük günah
deyil..sadəcə siqəret çəkirdi..lakin orada və o zaman olmaz..
Hava nəmləndi.Səhər
yağış yağacağını fikirləşib, yenə hər tərəfin saqqız tək yapışqan palçıq
olacağını bilib təəsüfləndi.Birdən sadəcə
nəyinsə küləyin kəsdiyini eşitdi.Ağrı və s. hiss etmədi...bir iki saniyə sadəcə
donub qaldı.Sinəsində,sol tərəfdə nəsə maye hiss etdi.Əlini ora.Əlçəyi
qırmızımtıl rəng aldı...və yıxıldı..
Bilirdi
gözlədənlər həmişə günahkar olur gözlüyənlərini məyus qoyanda.Lakin bilirsiniz
nədir?Axı bunun gözləyəni yox idi.Bilirdi axı arxasınca anasından başqa heç kim
göz yaşı tökməyəcək. Yalnızlığıq onun üçün sadəcə kəlimə olmayıb,bütüb həyat tərzini
ifadə edib.Bəlkə də o səbəbə idi ki, ölümdən qorxmurdu.Sadəcə öldükdən sonra xəyallarının
sahibsiz qalacağından narahat idi. "Vurdular".."öldü" deyə
qışqırıqlar eşitdi...beynində bircə düşüncə var idi..axı mən hələ bura gəlməmişdən
qabaq ölmüşdüm.Onunçün, ölüm odur ki əgər ruhun artıq ölübsə sən da iddia edə
bilməzsənki sağam.Onda isə çoxdə ruh tərk eləmişdi bədəni.Buralara sadəcə cismi
gəlmişdi.
Hiss
edirdi kimsə onu qaldırdı,harasa daşıyır bədənini.Bu an onun gözlərində yalnız
bir sifət canlandı...hər dəfə naryadda Günəşin doğulmasında Günəşi bənzətdiyi sifət...zifri qaranlıqda birdən
buludlar arasında çıxıb bütüb səngərini aydınlatdığı qəməri Aya bənzətdiyi sifəti..yerə
yıxılarkən hiss etdiyin torpağın qoxusu - səhər şehindən sonra torpaqdan çıxan
o müdhiş qoxu-..hansı ki ona onun qoxusu xatırladırdı.
Onun hər şeyə dözməsinin səbəbi sadəcə o idi..çünki
bilirdi o burada onun üçün ən dəyərli şeyi qoruyur.Onun üçün Vətən o yerdiki o
orada yaşayır..Dövləti o dövlət idi ki hansı ki o vətəndaşıdır o dövlətin..
O bura gələndə bilirdi qarışqalar yeməyə,suya və
yaşamaq üçün lazimi ən mühüm şeylərə həsrət qalacaq...o bilirdi özü kimilər
nadirən qalır burada..o bilirdi ədalət görməyəcək..o qabaqdan bir çox şeyi
artıq təxəyyülündə canlandırmışdı.Lakin insandır o da..hər şeyi gözləsə də bunu
gözləmirdi..bəlkə də gözləmək istəmirdi...axı heç kim gözləməsə də o bilirdi o
özünü bütün ümidi görən anası gözləyir..həsrətin bitəcəyi günləri sayan yeganə
insan anası idi..Heç təsəvvür edə bilmirdi qapı döyüləcək, evə atası girəcək.Artıq
atasına demişdilər onun barəsində.Atası qonaq otağına keçir anasını
çağırır.Divanda əyləşməsini xahiş edir.Kişi bilmir necə desin,lakin hərhalda
deməlidir və ən pisi bu xəbəri bir ata-həyat yoldaşı kimi o yoldaşına deməli
idi.Və dedi...Qadının dili tutuldu..ağlama belə səsi çıxmadı...gözündə yaş gəldi..bir
dənə ..iki dənə..və sel...Qohumlar gəldi anasına sakitləşdirmək üçün bir çox
şey edib axırda sakitləşdirici iynə vurdular..Kişi eyvana çıxdı..artıq təkdir..səhərdən
özünü güclə saxlamışdı..bütün ruhu ilə..Dua edirdi..övladının bağışlanmasını
istəyirdi..Kişilər ağlamaz...ancaq gözündən bir dənə damla düşdü..və dayanda hər
halda o dağ idi..qoca dağ...lakin o da insandır..55 yaşındaki kişi ömründə ilk
dəfə siqəret çəkdi..çəkdi və çəkdi..artıq o bu pis xasiyyəti yiyələndi..Onun
övlandınınkından böyük olmasa da..hamı kimi sadə xəyalları var idi övladına
dair..tək oğluna dair..ona qız tapmaq..evləndirmək..baba olmaq..bütün dostları
artıq baba idi..bircə bu qalmışdı..övladını böyük vəzifədə görmək istərdi
...axı bu da sadəcə bir azərbaycanlı idi..bir saf və təmiz ürəkli azərbaycanlının nə qədər fərqli
arzusu ola bilərdi ki?!..ən əsasısı nə qədər primitiv olsada tam ürəkdən gələn,səmimiyyətin
zirvəsində idi bu arzular...Artıq onun oğlu yoxdur...day o nəyə və ya kimə
ümid bağlaya bilərdi..
Ona demişdilər..ehtiyyatlı olsun..bu uçsuz bucaqsız
səhrada qarışqalara yaşamaq çətindir..bəziləri dözmür məkanı dəyişir..bəziləri
isə dözür axıra kimi..bəziləri isə sadəcə "boğulur" bu çöllərdə..